17:37
378
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşə başlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks"ın müxbiri məlumat yayıb.
Bu, Lavrov və Rubionun 2025-ci ildən bəri artıq beşinci görüşüdür: daha əvvəl onlar Ər-Riyad, Kuala-Lumpur, Nyu-York və Manilada bir araya gəliblər.
Rusiya XİN rəhbəri əvvəlcədən bildirmişdi ki, ABŞ Dövlət katibi ilə görüşdə, xüsusən Vaşinqtonun Ukraynadakı vəziyyətə dair baxışını müzakirə etməyi planlaşdırır.
Rusiya tərəfindən görüşdə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev, Rusiya XİN-in Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və Xarici Siyasətin Planlaşdırılması Departamentinin direktoru Aleksey Drobinin iştirak edirlər.
Məryəm Quliyeva