18:03
357
İran Vaşinqton daha əvvəl təqdim olunmuş yeddi şərti qəbul etməyənədək ABŞ ilə danışıqları bərpa etmək və Hörmüz boğazını açmaq niyyətində deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib.
"Biz artıq keçmişə, İslamabad memorandumu ilə bağlı vəziyyətə və ya böhrandan əvvəlki dövrə qayıtmayacağıq. Birləşmiş Ştatlar İranın irəli sürdüyü yeddi şərti yerinə yetirməyincə, nə Hörmüz boğazı açılacaq, ne də danışıqlar başlayacaq", — deyə o, İran dövlət televiziyasının efirində bildirib.
Rezainin sözlərinə görə, İran danışıqlar aparmağa tələsmir, çünki ilk növbədə ABŞ "İran xalqının etimadını qazanmalıdır". O, həmçinin qeyd edib ki, hazırkı yeddi şərt əvvəlkilərdən kəskin şəkildə fərqlənir.
Məryəm Quliyeva