
“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla ("2019-nCoV") bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir.
QSC-dən verilən məlumata görə, ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il tarixində ASCO-nun Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, “General Əsədov”, “Lütoqa”, “İrgiz” və “Ədalət Gülməmmədov” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının “Bəstəkar Qara Qarayev” və “Naxçıvan” gəmilərində tələblərə uyğun dezinfeksiya işləri aparılıb.
İşlər xüsusi lisenziya əsasında fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış şirkətlə birlikdə Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.
Tapşırığa uyğun olaraq, dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetiriləcək. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Bütün bunlarla bərabər, sahil heyətinin virusa yoluxmasına qarşı yönəlmiş tədbirlər çərçivəsində ASCO-nun “Dənizçilər poliklinikası” MMC-nin həkimləri ciddi maarifləndirmə işləri aparırlar.