İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
14 Mart 2020 13:10
3 262
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyası öz işini başa vurub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında koronavirusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olması tövsiyə edilib.
5 gün davam edən missiya zamanı ÜST-ün mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxana və laboratoriyalara baş çəkib, koronavirusa yoluxmuş insanları aşkar və müalicə etmək üçün milli planı müzakirə edib. Nümayəndə heyəti, həmçinin hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb.
16 Yanvar 19:49
826
16 Yanvar 18:58
1 029
16 Yanvar 18:35
959