Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə... Hadisə

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə...

Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-nin efirində deyib.
O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:
“Biz sağalmalarda isə bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, biz mənfi istiqamətdə gedirik. O zaman ki, biz görəcəyik ki, yoluxma pik həddinə çatdı və artıq yoluxma arta-arta getmir, ən azı sabit qalıb”.
Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər:
“Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.