Ağbənd-Kəlalə körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır
Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələri dəstəkləyir
Əraqçinin müavini: İrana hücum olarsa, müharibə sərhədləri aşacaq
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
14 Aprel 2020 16:38
1 715
Prezident İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.