14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
27 Aprel 2020 16:28
1 715
Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər. Təhsil Nazirliyindən verilən məlumata görə, cari ildə də müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün müsabiqənin təşkilində hər hansı maneə olmayacaq. Həmçinin, bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilməkdədir.
Ölkədə COVİD-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.