Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
27 Aprel 2020 17:44
2 464
"Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu şəraitdə tələbələrə ali təhsil sahəsində məzmunun çatdırılması əsas hədəflərdəndir".
Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, karantin müddətində 21 ali təhsil müəssisəsi onlayn formada dərslər keçir: "95 min tələbə bu imkandan istifadə edir. Hazırda bu işin daha da təkmilləşdirilməsi istiqamətində işlər gedir".
Ceyhun Bayramov bildirib ki, bu gün ölkədə 50 faiz tələbə dövlət hesabına təhsil alır: "Koronavirusla əlaqədar kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı verilən qərar təqdirəlayiq idi. Müəyyən müddət ərzində tələbələr alt-sistemə daxil olaraq özləri barədə məlumatları qeyd edəcəklər".