Paytaxtın əsas küçə və prospektlərində gücləndirilmiş dezinfeksiya işləri görülür Hadisə

Paytaxtın əsas küçə və prospektlərində gücləndirilmiş dezinfeksiya işləri görülür

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxtdakı 300-dən çox əsas küçə və prospektdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilməyə başlanıb.
Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verir, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.
Paytaxtın kommunal xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərində də tibbi-profilaktiki işlər görürlər.