“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
20 May 2020 18:22
3 423
Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə iki tərəfli komanda-qərargah təlimi davam edir. Təlimin rəhbəri, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev tərəfindən təlimə əlavə qüvvələrin cəlb edilməsi ilə əməliyyat şəraiti qərargahlar üçün daha da mürəkkəbləşdirilib.
Komanda məntəqələri arasında informasiya mübadiləsinin bütün növ rabitə vasitələrinin kompleks tətbiqi ilə təmin edildiyi təlimdə rabitə vasitələrinin aktiv radioelektron mübarizə şəraitində istismarı sınaqdan keçirilir.
Qarşı qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələri yerdəyişməni, kəşfiyyat və xüsusi təyinatlı bölmələr isə cəmləşmə və açılma rayonlarında diversiya-təxribat xarakterli fəaliyyətləri icra edirlər.
Güc və qüvvələrin bir istiqamətdən digərinə küçürülməsi zamanı qoşunların təhlükəsiz hərəkəti komendant xidməti tərəfindən təmin edilir, bölmələrin manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılır.
Komanda-qərargah təlimi mayın 22-dək davam edəcək.
1 Noyabr 17:46
1 127
1 Noyabr 14:21
1 169
31 Oktyabr 20:55
1 610