Azərbaycanda koronavirusa görə hazırda karantində olanların sayı açıqlanıb Hadisə

Azərbaycanda koronavirusa görə hazırda karantində olanların sayı açıqlanıb

Koronavirusa görə hazırda karantində 1139 nəfər var. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, xaricdən gələnlər arasında infeksiyaya yoluxma 20 faizdən çox aşkar olunub. Həmin vətəndaşlar 14 gün karantində saxlanılır.