"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
22 May 2020 17:59
2 219
Operativ Qərargahın tibb bölməsi tərəfindən həftə sonları, bayram günləri 2-4 günlük küçəyə çıxma qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Bu bayramda həmin qaydaların tətbiqi barədə müzakirələr apardıq. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
O deyib ki, mövcud epidemioloji statistik göstəricilər qısamüddətli bağlanma alqoritminə uyğun olmadığı üçün buna gedilməyib: “Amma epidemioloji vəziyyət dəyişərsə və statistik göstəricilər qısa müddətli qadağaların alqoritminə uyğun olarsa, bunların tətbiqi önümüzdəki həftə yenidən müzakirə oluna bilər. Bu qadağanın tətbiq olunmaması o demək deyil ki, gələcək həftə sonlarında, bayramlarda da tətbiq olunmayacaq. Bunu hər birimizin sosial məsuliyyəti və epidemiyanın gedişatı müəyyən edəcək. Əslində bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə bayramda küçəyə çıxma qadağasının tətbiq olunmaması bayramı daha maraqlı və sərbəst keçirməyimizə imkan verir. Qohumlara gedib onları riskə atmaqdansa, bayramı evdə ailəmizlə, ya da yaxın parka getməklə keçirə bilərik. İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”.
28 Sentyabr 20:24
700
28 Sentyabr 18:55
770
28 Sentyabr 18:53
686