“Narkotikaya alidəçilik yeniyetməni oğruya çevirir” Hadisə

“Narkotikaya alidəçilik yeniyetməni oğruya çevirir”

5 saylı liseydə maarifləndirmə tədbiri keçirilib

"Dövrün bəlasına çevrilmiş narkomaniya artıq cəmiyyəti təhdid edir". Bu fikir 5 saylı Bakı Peşə Liseyində "Narkomaniyaya ilə mübarizə və sağlam həyat tərzi" adlı tədbirdə səslənib. Liseyin direktoru Fikrət Nəbiyev deyib ki, narkomaniyanın məktəbyaşlı gənclər arasından yayılması narahatlıq doğurur: "Cəmiyyəti dəhşətli fəlakətə aparan narkomaniyanın gənclər arasında dəbə düşməsi qorxulu tendensiyadır və cəmiyyətdə hər kəs bu bəlaya qarşı mübarizədə üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir". Onun sözlərinə görə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün məktəblə valideynlərin və hüquq mühafizə orqanlarının və bütövlükdə cəmiyyətin birgə əməkdaşlığına ehtiyac var. Liseyin müəlim-şagird kollektivi qarşısında çıxış edən "Polisə Dəstək" İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev narkomaniyanın yaranma tarixi haqqında məlumat verib. QHT sədri deyib ki, dünyada narkomaniya o həddə qədər təhlükəli hal alıb ki, artıq beynəlxalq təşkilatlar da həyəcan təbili çalır: "Dövlətlər bir araya gəlib terrorizmlə necə mübarizə aparırlarsa, narkomaniya ilə də eləcə mübarizə aparmaq lazımdır". Azərbaycan dövlətinin narkomaniyanın yayılmasına qarşı effektiv mübarizə apardığını deyən Şəmsəddin Əliyevin sözlərinə görə, inzibati yollarla yanaşı, maarifləndirimə işlərinə də önəm verilməlidir.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyib ki, narkomaniya elə bir bəladır ki, heç kim ona yoluxmaqdan sığortalanmayıb. Leyla Yolçuyeva deyib ki, ilk dəfə təbabətdə istifadə olunan narkotik vasitələri sonradan işbazlar gəlir mənbəyinə çeviriblər. Ekspert deyib ki, narkotikaya alidəçilik yeniyetməni oğruya çevirir, cinayətə sövq edir. Valideynləri xüsusən yeniyetmə yaşlarında olan övladlarının tərbiyəsinə diqqət yetirməyə çağıran Leyla Yolçuyeva deyib ki, nəzarətsiz qalan uşaq narkomaniyanın toruna daha tez düşə bilər.

Əli