Magistraturaya qəbul zamanı fənlər üzrə minimal bal tələbini ödəməyənlərə proqram və ixtisaslaşma seçimində iştirak imkanı verilib Hadisə

Magistraturaya qəbul zamanı fənlər üzrə minimal bal tələbini ödəməyənlərə proqram və ixtisaslaşma seçimində iştirak imkanı verilib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının nəticəsinə qoyulan minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara müraciət edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8 – 18 iyun 2020-ci il tarixlərində həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.