“Qondarma soyqırım yubileyinə layiqli cavab hazırlanır” Hadisə

“Qondarma soyqırım yubileyinə layiqli cavab hazırlanır”

Qafar Çaxmaqlı: "Ermənilərin türk dünyasına qarşı törətdikləri cinayətlərlə bağlı ciddi araşdırmalar aparılır"

"Qondarma erməni soyqrımın "100 illiyi"nə qarşı Türkiyədə bir sıra işlər görülür. "Yeni Türkiyə dərgisi"nin 5 cildlik kitab layihəsi hazırlanır. Kitabda ermənilərin türk dünyasına qarşı törətdikləri cinayətlər və qondarma soyqırım məsələlərinə yer ayrılacaq". Bunu Modern.az-a Kayseridəki Ərciyəs Universitetində ermənişünaslıq kafedrasının müdiri Qafar Mehdiyev (Çaxmaqlı) deyib.
Onun sözlərinə görə, bununla bağlı 20 nəfərdən ibarət elmi heyət formalaşıb: "Bu sahədə yay aylarından bəri ciddi araşdırmalar aparılır. Layihə Azərbaycan Türkiyə və digər bölgələri əhatə edir. Burada erməni mövzusunda, erməni soyqırımı barədə məqalələr var. Məqalələr incələnəcək. Seçilən ən yaxşı məqalələr əsasında 100 səhifə olmaqla 5 cilddə kitab nəşr olunacaq".
Q. Mehdiyev bildirib ki, kitab müxtəlif dillərə tərcümə edilib, dünya ölkələrinə yayımlanacaq. Azərbaycandan yeganə təmsilçi olan Q.Çaxmaqlının məqaləsi isə erməni idelogiyasının ifşasına yönəlib. O, məqaləsində ermənilərin faşist idelogiyasını dəstəklədiklərini sübuta yetirir.
Xatırladaq ki, "Yeni Türkiyə dərgisi"nin kordinotoru tanınmış türk professoru Bilgehan Atsız Gökdağdır. Layihə rəhbəri isə Türkiyənin keçmiş təhsil naziri Həsən Cəlal Gözəldir.