Şeyxülislam da Nobelə namizəd olur Hadisə

Şeyxülislam da Nobelə namizəd olur

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 2015-ci ildə Nobel Sülh Mükafatına namizəd göstəriləcək. Bu barədə ANS telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, bu ilin dekabrında Nobel İnformasiya Mərkəzi Şeyxülislam Hacı Allahşükür Paşazədənin Nobel Sülh Mükafatına təqdimatını verəcək.
Qeyd edək ki, Allahşükür Paşazadənin adı daha əvvəl, 2011-ci ildə də Nobel mükafatına namizəd kimi göstərilib. Həmin vaxt QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova mətbuata bildirmişdi ki, lazım olan sənədlər artıq Nobel Mərkəzinin Beynəlxalq İnformasiya Bürosuna təqdim edilib. Həmin vaxt Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyi Çeçenistanda sülhün bərqərar edilməsi naminə gördüyü işlər, Azərbaycanda müsəlmanlar arasında birliyə nail olunması üçün göstərdiyi fəaliyyətlə əsaslandırılmışdı.
R.Dadaşova o zaman bildirmişdi ki, Nobel fondunun Qafqaz və Mərkəzi Asiya üzrə İnformasiya Mərkəzi Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin bu mükafata namizədliyi üçün QMİ-yə müraciət edib.