Şəhid hərbçimiz torpağa tapşırılıb Hadisə

Şəhid hərbçimiz torpağa tapşırılıb

Tural Əhmədov Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib
Srağagün cəbhədə düşmən snayperinin açdığı atəş nəticəsində həlak olan hərbçi, 24 yaşlı Tural Əhmədov dünən Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Azərbaycan Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Tural Əhmədovun oxuduğu 118 saylı köçkün orta məktəbinin kollektivi şəhidin xatirəsinə həsr olunan tədbir keçirib.
Qeyd edək ki, oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.