
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya son günlər işğalçı Ermənistan hərbçilərinin Tovuz istiqamətindən Azərbaycana təcavüzü nəticəsində əsgər və zabitlərimizin ölümündən kədərləndiyini bildirib və Azərbaycan xalqına başsağlığı verib.
Partiyanın sədri R.Sarıkahya Xalqcebhesi.az-a bildirib ki, İraq türkmənləri həmişə Azərbaycanın yanındadırlar: "Azərbaycanın işğal edilən bütün torpaqları geri alınmalı, ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. İraq türkmənləri Azərbaycanın haqlı işini müdafiə edir və hər zaman qanı, canı bir olan qardaşlarımızın yanındadır".
R.Sarıkahya onu da qeyd edib ki, dünya birliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə göz yummamalıdlr: "Azərbaycan güclüdür, ordusu yenilməzdir. İnanırıq və ümid edirik ki, Azərbaycan bayrağı Şuşada dalğalanacaq. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qardaşlarımıza bu savaşda güc, qüvvət arzulayırıq. Sizinləyik, Azərbaycan!".
Cavid