15:46
434
Təbriz Mərkəzi Həbsxanasında cəza çəkən güney azərbaycanlı türk siyasi fəalı Yürüş Mehrəlibəyli barəsində açılmış yeni cinayət işi üzrə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Gunaz.tv
Yayılan məlumata görə, yeni işdə fəala qarşı "insanları müharibəyə təşviq etmək" və "İran İslam Respublikasına qarşı küçə etirazlarına çağırış etmək" ittihamları irəli sürülüb. Məhkəmə onu "rejim əleyhinə təbliğat aparmaq" ittihamı ilə 7 ay 16 gün, "insanları etiraz aksiyalarına, müharibəyə və qırğına təhrik etmək" ittihamı ilə isə 3 il 1 gün müddətinə azadlıqdan məhrum edib.
Yürüş Mehrəlibəyli 2026-cı il 5 yanvar tarixində Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, saxlanıldıqdan sonra üç aydan artıq müddətdə Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında təkadamlıq kamerada dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Bildirilir ki, fəal həbsxanaya köçürüldükdən sonra həmin müəssisənin xüsusi bölməsində saxlanılır.
Mehrəlibəyli daha əvvəl "Demokratlar" adlı iş üzrə də Təbriz İnqilab Məhkəməsi tərəfindən "Demokratlar qrupunu yaratmaq" və "ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq" ittihamları ilə ümumilikdə 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Yeni hökmün çıxarılması ilə Yürüş Mehrəlibəylinin ümumi həbs cəzası 13 il 4 aya yüksəlib.
15:46
392
28 İyul 18:01
917
28 İyul 17:59
1 295