İranın zərbə riskinə görə ABŞ hərbçilərinin telefonları yığılacaq Dünya

İranın zərbə riskinə görə ABŞ hərbçilərinin telefonları yığılacaq

İranın ABŞ obyektlərinə zərbələri daha dəqiq yönəltməsinə kömək edə biləcəyi narahatlığı fonunda Yaxın Şərqdəki bəzi amerikalı hərbçilərə mobil telefonlarını təhvil vermək əmri verilə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper hərbçilərə ünvanladığı məktubda bu kimi məlumatların sosial şəbəkələrdə paylaşılmasının risklərindən bəhs edib. Mətndə qeyd olunur ki, İran sosial şəbəkələrdəki video və təsvirlərdən öz hücumlarının effektivliyini real vaxt rejimində qiymətləndirmək üçün istifadə edə bilər. Kuperin sözlərinə görə, bu tür məlumatların dərc olunması Fars körfəzi ölkələrindəki "ABŞ hərbçilərinin və mülki şəxslərin həyatı bahasına başa gələ bilər". Kuper hərbçiləri "əməliyyatların təhlükəsizliyinə daha çox diqqət ayırmağa" çağırıb, lakin konkret tədbirlər göstərməyib.

"Reuters"in mənbələri bildirib ki, İordaniyadakı bəzi ABŞ hərbçilərinə yaxın günlərdə telefonlarını təhvil vermək əmri olunub. Agentliyin həmsöhbətlərindən biri bu tədbirin regionun digər ölkələrində də tətbiq edilə biləcəyini qeyd edib.

Məryəm Quliyeva