15:47
420
Amerikanın Arizona ştatındakı Çandler hava limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Çandler yanğınsöndürmə xidmətinin məlumatına görə, facəvi hadisə nəticəsində bir nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABC News" məlumat verir.
Qeyd olunur ki, qəza iyulun 28-də yerli vaxtla saat 19:50 radələrində baş verib. Təyyarənin düşməsi ilə bağlı 911 xidmətinə gələn zəngdən sonra yanğınsöndürənlər hadisə yerinə yola düşüblər. Təyyarə Makkuin və Kuin-Krik küçələrinin kəsişməsi yaxınlığında tapılıb. Təyyarənin göyərtəsində bir nəfərin meyiti aşkarlanıb. Təyyarəçinin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hüquq-mühafizə orqanları aviasiya qəzasının araşdırılmasını davam etdirir.
Məryəm Quliyeva