İranın zərbə riskinə görə ABŞ hərbçilərinin telefonları yığılacaq
Bu ilin ilk 6 ayında heyvan dişləməsinin sayı açıqlanıb, Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
“Bu əməkdaşlıq Çinin Yaxın Şərq siyasəti ilə bağlı yeni müzakirələrə yol aça bilər”
ABŞ-Ukrayna münasibətlərində yeni mərhələ başlayır – Politoloq
15:03
413
“Çinin yaxın həftələrdə İrana yüzlərlə daşınan zenit-raket kompleksi (MANPADS) göndərməyə hazırlaşdığı barədə Reuters-in yaydığı məlumat beynəlxalq təhlükəsizlik mühitində ciddi rezonans doğurub. Məlumata görə, söhbət İranın qısa mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçiriləcək silah tədarükündən gedir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq deyib ki, bu addım Tehranın son aylarda ABŞ və İsraillə yaşadığı hərbi qarşıdurmalarda üzə çıxan hava müdafiəsi boşluqlarını aradan qaldırmaq cəhdi kimi qiymətləndirilir: “Çin isə bu xəbərləri rəsmi şəkildə təkzib edərək silah satışında iştirak etmədiyini bəyan edib. Əgər bu tədarük reallaşarsa, bu, Çin–İran hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərə və Yaxın Şərqdə qüvvələr balansına təsir edə bilər. Daşınan zenit-raket sistemləri strateji hava hücumlarından daha çox aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatları, helikopterlər və digər hava vasitələrinə qarşı effektiv hesab olunur. Bu isə ABŞ və İsrailin gələcək hərbi əməliyyatlarının taktikasına müəyyən dəyişikliklər etməsinə səbəb ola bilər. Bununla yanaşı, belə bir əməkdaşlıq Vaşinqton–Pekin münasibətlərində də əlavə gərginlik yarada, Çinin Yaxın Şərq siyasəti ilə bağlı yeni müzakirələrə yol aça bilər”.
Röya İsrafilova