İranda 3 günlük matəm elan olundu Hadisə

İranda 3 günlük matəm elan olundu

İranda Üləma Məclisinin rəhbəri ayətullah Məhəmmədrza Məhdəvi Kəninin vəfatı ilə əlaqədar iki günlük matəm elan olunub. 2011-ci ildən Üləma Məclisinin sədri postunu tutan Məhdəvi Kəni oktyabrın 21-də vəfat edib.
Üləma Məclisi İranın ali dini rəhbərini seçən orqandır.
Məhdəvi Kəni iyunun 4-də qəfil infarkta görə komaya düşmüşdü. O, Üləma Məclisinin rəhbəri vəzifəsindən əvvəl İran İslam Respublikasının daxili işlər naziri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun, Ali Mədəni İnqilab Şurasının üzvü olub və daha bir neçə vəzifədə çalışıb.