“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
3 Noyabr 2020 18:05
3 136
Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin guya erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirilməsi nəticəsində bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbəri “boş patronla havaya güllə atmaq” kimidir:
"Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.
İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.
Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb".