29 Oktyabr 23:45
29 Oktyabr 23:30
26 Noyabr 2020 12:49
1 820
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə təklif edilən müddəalar polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
29 Oktyabr 17:16
1 050
29 Oktyabr 15:14
1 323
29 Oktyabr 14:26
1 302