27 İyul 14:20
27 İyul 14:16
07:25
364
İsrail və Livan nümayəndələri avqustun 4-dən 6-dək Romada növbəti danışıqlar raundunu keçirəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalının və İsrail televiziyasının "12-ci kanal"ının müxbiri Barak Ravid bazar ertəsi "X" sosial şəbəkəsində Dövlət Departamentinin əməkdaşına istinadən məlumat verib.
Nəşrdə dəqiqləşdirildiyi kimi, bu ölkələrin, eləcə də ABŞ-nin nümayəndələri "İsrail hərbçilərinin Livanın cənub hissəsində yerinin dəyişdirilməsi prosesinin genişləndirilməsini" müzakirə edəcəklər. Bundan əlavə, məsləhətləşmələr İsrail və Livan arasındakı "quru sərhədləri ilə bağlı mübahisələrə" də aid olacaq.
ABŞ xarici siyasət idarəsinin əməkdaşının sözlərinə görə, Romadakı texniki məsləhətləşmələrdə "əsas diqqət tərəflər arasında imzalanmış çərçivə sazişinin tam icrasına kömək etməyə yönəldiləcək". Bu isə İsrail qoşunlarının çıxarılmalı olduğu Livandakı "pilot zonaların" yaradılması prosesinin genişləndirilməsini, "sərhədlər haqqında bütün mübahisələrin həllini və sülh və təhlükəsizlik haqqında hərtərəfli sazişin işlənib hazırlanmasını" nəzərdə tutur.
Məryəm Quliyeva