27 İyul 14:20
27 İyul 14:16
07:37
364
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin dinc yolla nizamlanması imkanlarına nikbin yanaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Amerikalı rəsmilərdən birinin sözlərinə görə, ABŞ lideri və onun komandası münaqişənin başa çatmasında konstruktiv rol oynamağa və hər iki tərəflə qarşılıqlı əlaqə qurmağa hazırdır. Nəşrin həmsöhbəti qeyd edib ki, Tramp sülh sazişinin bağlanması perspektivlərinə nikbin yanaşır. "The Wall Street Journal" vurğulayıb ki, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinə münaqişənin başa çatmasını istədiyini bildirib.
Məryəm Quliyeva