Baş Qərargah rəisi cəbhə bölgəsinə gedib Hadisə

Baş Qərargah rəisi cəbhə bölgəsinə gedib

Qoşunların hazırlığı yoxlanılır

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin yeni tədris ilinə hazırlığı yoxlanılır.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.