Telekanallar “Azerspace 1“-də yayıma keçirlər Hadisə

Telekanallar “Azerspace 1“-də yayıma keçirlər

Azərbaycanın televiziya kanalları "Azerspace-1" peyki ilə yayıma keçəcəklər. Bu barədə "Azerkosmos" ASC-nin (Azərbaycanın peyk operatoru) bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, "LiderTV" yayımı "Azerspace-1" peyki vasitəsilə həyata keçirilən növbəti televiziya kanalı olacaq. Yayımla bağlı telekanalla müqavilə dekabrın 1-də imzalanıb.
Hazırda "Azerspace-1" peyki ilə yayımlanan yerli televiziya və radio kanalların sayı 23-ə çatıb.
Bundan başqa, 2015-ci ildən başlayaraq "Xəzər TV" kanalının HD (high definition) formatında yayımı başlanacaq. ASC ilə "Xəzər TV" arasında "Azerspace-1"in köməyi ilə yüksək dəqiqliyə malik televiziya siqnallarının yayımına dair müqavilə 20-ci "BakuTel-2014" beynəlxalq sərgisi çərçivəsində imzalanıb.