Anar Yusifoğlu İTV-yə qayıtdı Hadisə

Anar Yusifoğlu İTV-yə qayıtdı

Tanınmış telejurnalist Anar Yusifoğlu İctimai Televiziyada yeni vəzifəyə təyin olunub. O artıq bu gündən etibarən yeni işinə başlayıb.
İTV-dən Publika.az-a verilən xəbərə görə, A.Yusifoğlu İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktor müavini vəzifəsinə təyin olunub.
Anar Yusifoğlu İctimai Televiziya yaranan gündən - 2005-ci ildən 2013-cü ilin sentyabr ayına qədər İctimai Televiziyada Analitik proqramlar departamentinin rəhbəri olub. 2013-cü ildə yeni baş direktor seçiləndən sonra öz ərizəsi ilə tutdugu vəzifədən azad edilib.
Anar Yusifoğluya İTV-də vəzifə verilməsi barədə xəbəri ilk olaraq axar.az saytı yayıb.
Qeyd edək ki, İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsi 2013-cü ildən boş qalmışdı.
Bu təyinatdan sonra Anar Yusifoğlu "Aktual.az" saytının baş redaktoru vəzifəsindən istefa verib.
Qeyd edək ki, İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsi 2013-cü ildən boşdur.
Anar Yusifoğlu İctimai televiziya yaranan gündən - 2005-ci ildən 2013-cü ilin sentyabr ayına qədər İctimai Televiziyada Analitik proqramlar departamentinin rəhbəri olub. 2013-cü ildə yeni baş direktor seçiləndən sonra öz ərizəsi ilə tutdugu vəzifədən azad edilib.
O, İctimai TV-dəki fəaliyyətinədək ANS, "525-ci qəzet", "Sara" Teleradio Şirkəti, "Qanun" jurnalında çalışıb.