Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
22 Fevral 2021 17:35
2 506
Narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanan videoçarxların və xüsusi şüarlar əks olunan sosial lövhələr Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunun prospekt və küçələrində, avtobus dayanacaqlarında, habelə Bakı şəhərinin metro stansiyalarında yerləşdiriləcək.
Trend-in məlumatına görə, bu barədə "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda göstərilib.
Prosesə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dövlət Reklam Agentliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, digər aidiyyəti qurumları cəlb ediləcək.