Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
08:29
378
“Təbəssüm Yarat” komandası yeni tədris ilinin başlanması ilə əlaqədar növbəti xeyriyyə səfərini həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu dəfə komandanın yolu Bakıdan kilometrlərlə uzaqda yerləşən, Daşkəsən rayonunun ucqar dağ kəndlərindən biri olan Bayan kəndinə düşüb.
Səfər çərçivəsində kənddə yaşayan 60 aztəminatlı ailənin övladlarına məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar və müxtəlif hədiyyələr təqdim olunub.
Bununla yanaşı, “Təbəssüm Yarat” komandası hər il olduğu kimi, bu il də 40-a yaxın valideyn himayəsindən məhrum və kimsəsiz uşağın yeni tədris ilinə hazırlıqlı başlaması üçün geyim, məktəb çantası, məktəb ləvazimatları və ayaqqabılarla təmin olunmasına dəstək göstərib.
Təşəbbüsün əsas məqsədi sosial vəziyyətindən asılı olmayaraq hər bir uşağın yeni tədris ilinə sevinc, ümid və inamla başlamasına töhfə verməkdir.
“Təbəssüm Yarat” komandası bu xeyirxah təşəbbüsdə onları yalnız buraxmayan, maddi və mənəvi dəstək göstərən bütün dostlara, könüllülərə və xeyirxah insanlara təşəkkürünü bildirib.
Komanda qeyd edib ki, uşaqların üzündə təbəssüm yaratmaq, onların sevincinə şərik olmaq və gələcəyə daha inamla addımlamalarına dəstək vermək bu missiyanın əsas məqsədlərindəndir.
Bir uşaq gülərsə, dünyamız gülər!
Cavid
09:01
273
09:01
273
13 Sentyabr 14:53
833




