Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib Hadisə

Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla görüş keçirilib.
Şuradan verilən məlumata görə, səfir İsmayıl Alpər Coşqun Şuranın və ölkəmizin QHT sektorunun fəaliyyətini diqqətlə izlədiklərini bildirib.
Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində 2014-cü ildə həyata keçirdiyi fəaliyyət haqqında səfirə məlumat verərək qarşıdakı dövrdə də Azərbaycan dövlətinin QHT-lərə verdiyi hərtərəfli dəstəyin davam edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib, vətəndaş cəmiyyəti inistitutlarının milli mövzularda fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.