Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb
İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab
Qırğızıstan və Özbəkistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq barədə razılığa gəlib
Avqustun 4-də jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək
15:28
392.jpg)
Yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.
"Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır. İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir", - məlumatda vurğulanıb.
