Paşinyan: Bu məsələ “Tramp marşrutu”na mane ola bilər Siyasət

Paşinyan: Bu məsələ “Tramp marşrutu”na mane ola bilər

“Tramp marşrutu” (TRIPP) layihəsi region ölkələrini də əhatə edəcək”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Bununla yanaşı, o qeyd edib ki, regional qeyri-sabitlik layihənin həyata keçirilməsinə mane ola bilər.

“Bu, region ölkələrini cəlb edən layihədir, əlbəttə, regional qeyri-sabitlik (ABŞ-İran müharibəsi – red.) maneə yaradan amil ola bilər. Ümid edirəm, sabitlik mümkün qədər tez bərqərar olacaq və biz bütün bu konstruktiv layihələri həyata keçirə biləcəyik”, - Paşinyan vurğulayıb.

Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan kiçik dövlətdir və böyük dövlətlər arasında münasibətlərin aydınlaşdırılmasında vasitəçi olmaq kimi nə ambisiyası, nə də niyyəti var.