İran ABŞ-nin zərbələri zamanı iki tələbə yataqxanasının zədələndiyini bildirib
Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb
İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab
Qırğızıstan və Özbəkistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq barədə razılığa gəlib
15:42
413
“Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 16 iyun 2026-cı il tarixli Fərmanı ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya dəstəyini nəzərdə tutur.
Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə müəyyənləşdiriləcək.
Dəstək mexanizminin tətbiqi nəticəsində yalnız faktiki ixrac olunmuş qeyri-neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
Kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək.
Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.
Kompensasiya məbləği 2026-cı il sentyabrın 1-dən etibarən 2031-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq.
Kompensasiya məbləği ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.
Kompensasiya dəstəyinin tətbiqi ilə bağlı aşağıdakı məsələlər üzrə qanunvericilik aktları qəbul ediləcək:
Mexanizm mikro, kiçik və orta sahibkarların ixracla bağlı xərclərini azaltmaqla onların xarici bazarlara çıxış imkanlarını dəstəkləyəcək, eyni zamanda qeyri-neft-qaz ixracının genişləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək.