Rusiya ilk dəfə Ukraynanı Şimali Koreya raketi ilə vurdu Dünya

Rusiya ilk dəfə Ukraynanı Şimali Koreya raketi ilə vurdu

Rusiyanın ötən gecə həyata bkeçirdiyi kütləvi hava hücumu zamanı ilk dəfə Şimali Koreyaya məxsus KN-23 ballistik raketlərindən istifadə etdiyi istisna olunmur.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat bildirib.

İqnat qeyd edib ki, hücum zamanı “İskəndər-M”, S-400 və KN-23 raketlərindən istifadə ehtimalı nəzərdən keçirilir.

“Şimali Koreya raketləri də artıq hesabatlarda yer alıb. Növbətçi qüvvələrimiz və kəşfiyyatımız məhz bu modifikasiyalı Şimali Koreya raketinin istifadə olunması ehtimalını istisna etmir. Bu raket uzun müddətdir hesabatlarımızda yer almırdı, amma bu gün qeydə alınıb”, - o vurğulayıb.

Yuri İqnat Rusiyanın Ukraynaya qarşı hava hücumlarında ballistik raketlərdən istifadəni artdığını da bəyan edib.