Bacıların manatı cırması qəzəb doğurdu Hadisə

Bacıların manatı cırması qəzəb doğurdu

Qulu Məhərrəmli: "Elə dəyərlər var ki, onu bilmək üçün peşəkar televiziya mütəxəssisi olmaq lazım deyil"

Siyavuş Novruzov: "Bütün insanlar Azərbaycanın milli atributlarına hörmətlə yanaşmalıdır

Fəzail Ağamalı: "Bacılarda milli şüur, milli mənlik problemi var"

Azərbaycanın dövlət müstəqilliyinin rəmsi Azərbaycanın efir məkanında təhqir olunub. Xəzər televiziyasında yayımlanan, müğənnilər Sevil-Sevinc əkiz bacıların"Hər şey daxil" verlişində milli valyutamız cırılıb. Bacılardan biri mahnı oxuyarkən, digəri operatorun ona verdiyi 1 manatlıq əskinazı əkiz tayına uzadır. Bacının reaksiyası çox qəribə olub. O, manatı alar-almaz cırıq-cırıq edib yerə tullayır. Bacısı onun bu hərəkətindən təəccüblənsə də, manatın yerə atılmış hissələrini qaldırmır.
Qeyd edək ki, milli valyutamız olan AZN azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur.
SSRİ-nin tərkibindən ayrıldıqdan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən dövriyyəyə buraxılıb.
Xəzər Televiziyasının "Hər şey daxil" verilişində aparıcı bacıların milli pulumuzu cıraraq ayaq altına səpələməsi tanınmış jurnalist, peşəkar televiziya mütəxəssisi Qulu Məhərrəmlini qəzəbləndirib. Ekspert bu cür halların yolverilməz olduğunu deyib: "Elə dəyərlər var ki, onu bilmək üçün nə peşəkar televiziya mütəxəssisi olmaq lazımdır, nə də peşəkar aparıcı. Bunun üçün insan olmaq yetər. Əlbəttə, müəyyən çərçivələr və etik normalar var. Heç vaxt efirdən tamaşaçını qıcıqlandıran məqamlara yol vermək olmaz. Aparıcı öz aktiv mövqeyini zorla izləyiciyə təlqin edə bilməz. Günah elə aparıcıları efirə buraxan rəhbərlərdədir. Belə aparıcılar ciddi şəkildə cəzalandırılmalıdırlar. Elə dəyərlərimiz var ki, onlara hər zaman sayğı ilə yanaşmaq borcumuzdur. Kiminsə pulunun azlığı, ya çoxluğu əsas vermir ki, onunla istədiyi şəkildə rəftar etsin. Efirdə davranış nəzarət altına alınmalıdır".
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, efirdə dövlət simvolu olan pulun cırılması etik, eyni zamanda mənəvi məsuliyyət yaradır. Xəzər TV-nin efirində yayımlanan "Hər şey daxil" verilişinin aparıcıları, müğənni bacılar Sevil və Sevinc canlı yayımda etdikləri biabırçı hərəkətə münasibət bildirən ekspert qeyd edib ki, televiziya kütləvi informasiya vasitələrinin ən geniş və rezonans doğuran vasitələrindən biri olduğundan, televiziyada olan şəxslər həm davranışları, həm danışıqları, həm də bütün mədəni hərəkətləriylə nümunə olmalıdırlar: "Bu baxımdan da, əlbəttə ki, dövlətin bir çox simvolları var – bayraq, pul, gerb və s. Bunlara qarşı hər kəs hörmətlə yanaşmalıdır. Milli valyutamız dövlət atributlarından biridir və bu baxımdan da Azərbaycanın dövlət simvollarına hər kəs, xüsusən də televiziyada aparıcı olan şəxs daha layiqliı davranmalıdırlar. Mən düşünürəm ki, bu etik, eyni zamanda mənəvi məsuliyyət daşıyır". Ələsgər Məmmədlinin sözlərinə görə, "Teleradio Yayımı haqqında" Qanunun tətbiqi Teleradio Şurasının birbaşa səlahiyyətində olan məsələdir. Televiziyaların milli-mənəvi dəyərlərə hörmət göstərmək və bununla bağlı öhdəlikləri var.
Burada nəzarət funksiyasının Teleradio Şurasında olduğunu deyən Ələsgər Məmmədlinin sözlərinə görə, MTRŞ bu tip davranışa görə həm televiziya, həm də onun aparıcısına xəbərdarlıq edə, xəbərdarlığa əməl olunmasa, qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edə bilər. Lisenziyasının uzadılma məsələsinə yenidən baxa bilər.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov teleaparıcıların bu hərəkətini pislədiyini söyləyib: "Bütün insanlar Azərbaycanın milli atributlarına hörmətlə yanaşmalıdır. Azərbaycan dövlətinin bayrağına, gerbinə, himninə, milli manatına, həmçinin müqəddəs kitablara, o cümlədən Qurani-Kərimə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, hər bir vətəndaşımızın atributudur. Hər bir dövlət üçün müqəddəs və toxunulmaz hesab olunan məsələlərə ehtiyatla yanaşılmalıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan manatının efirdə cırılması yolverilməzdir. Vaxtilə Yeni Azərbaycan Partiyası parlamentdə məsələ qaldırdı ki, toy-nişanlarda yerə səpilən pullarla bağlı adət ləğv edilsin. Çünki yerə səpilən həmin pullar Azərbaycanın milli manatı idi. Bu isə doğru deyil idi. O zaman biz çıxış etdik və məsələ qaldırdıq ki, manat Azərbaycanın atributudur, pulu yerə səpmək olmaz. Gördüyünüz kimi, o zaman bizim qaldırdığımız bu məsələ bu gün öz həllini tapıb, artıq, toylarda pul səpilmir".

Əli