Qubada 5 bal gücündə zəlzələ olub Hadisə

Qubada 5 bal gücündə zəlzələ olub

Azərbaycanın şimalında zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yanvarın 26-da saat 07.30-da Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Qubada ikinci zəlzələ isə yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 7 km olub. Zəlzələ hiss olunmayıb.