Sevinc Fətəliyeva AŞPA-da sədr müavini seçilib Hadisə

Sevinc Fətəliyeva AŞPA-da sədr müavini seçilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-da alt komitə sədrinin müavini seçilib. Sevinc Fətəliyeva Trend-ə bildirib ki, o, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədr müavini seçilib. Qeyd edək ki, yanvarın 26-dan 30-na qədər Strasburqda AŞPA-nın qış sessiyası keçirilir.