Erməninin arxasınca su atanlar... Hadisə

Erməninin arxasınca su atanlar...

Arzu Şirinova

Ermənilərin qorxaq olduqları yeni xəbər deyil. Tarixən belə olub, onlar türkdən və Azərbaycan türkündən qorxublar. Ermənilər bu dəfə göyün yeddinci qatına qalxmağa hazırlaşan təyyarədə qorxublar, həm də necə...
Moskva-İrəvan reysi ilə uçan təyyarədə maraqlı hadisə yaşanıb. "Joxovurd" qəzeti xəbər verir ki, hər şey sərnişinlərin uçuşa hazırlaşdığı zaman baş verib. Göyərtədə uçuşdan əvvəl salamlama ilk öncə rus, daha sonra isə Azərbaycan dilində səslənib. Bu zaman sərnişinlər arasında sözün əsl mənasında həyəcan yaşanıb. İnsanlar elə başa düşüb ki, bu danışılmış təxribatdır və onların təyyarəsi Bakıya uçur. Pis vəziyyətdə qalan heyət üzvləri sərnişinləri sakitləşdirməyə çalışıb və başa salıblar ki, bu sadəcə texniki bir səhvdir.
Bundan əlavə məlum olub ki, insanları azərbaycanca salamlayan təyyarə komandiri Eduard Ovannisyan özü də ermənidir. Lakin nə erməni komandir, nə də göyərtə işçisi Svetlana ermənilərlə dolu təyyarədə Azərbaycan dilində danışıb sərnişinləri qorxutmalarının necə baş verdiyini izah edə bilməyiblər.
Uzun müddətdən sonra erməniləri sakitləşdirərək onların Bakıya uçmadıqlarını izah ediblər. Bundan sonra təyyarə İrəvana istiqamətlənib.
İrəvanda təyyarə komandirini və göyərtə işçisini hansı aqibət gözləyəcəyi bəlli deyil...
Ancaq etiraf etməliyik ki, hiylə işlətməkdə, quyu qazmaqda, yamanlıq eləməkdə bu soysuzlara çatan olmaz. Sumqayıt hadisələrindən sonra ermənilər çox rahatlıqla evlərini Ermənistanda yaşayan azərbaycanlılarla dəyişə bilirdilər. Düzdür, bu hal barmaqla sayılacaq qədər olub. Ermənilər əsasən burda evlərini satıb köç ediblər. Azərbaycanlıların isə demək olar ki, 99 faizi Ermənistandan qovulublar. ..
...Qonşuluğumuzda bir erməni yaşayırdı. Üç otaqlı evini təzəcə təmir elətdirmişdi və ev avadanlıqlarının demək olar ki, əksəriyyətini dəyişmişdi. Özü işıəmirdi, iki qızı isə biri saç ustası, digəri raykom partiyada ikinci katibin köməkçisi işləyirdi. Bir sözlə, ali təhsilli azərbaycanlılardan çox qazanırdılar. Ancaq Sumqayıt hadisələrindən sonra bəlli oldu ki, ikinci katibin köməkçisi olan erməni qız illərdir Azərbaycanda təxribatlar törətməyə, torpaq iddiasında olmaqla işğala hazırlaşan və bunun üçün pul xərcləyən gizli təşkilatlardan birinin Sumqayıtdakı təmsilçilərindəndir. Və onun köməyi sayəsində raykom partiyada baş verənlərdən ermənilər rahatlıqla xəbər tuta biliblər. Düzdür erməni qızının fəaliyyəti onlar buranı tərk edəndən sonra məlum oldu, bu da artıq gec idi. O əlıindən gələn yaramazlığı, alçaqlığı artıqlamasıyla Azərbaycana qarşı eləyənlərdən biriydi. Di gəl ki, hadisələr başlamamışdan öncə insanlarla elə münasibət qururdular ki, sanki doğmalarıydı. Olurdu ki, iki azərbaycanlı qonşu bir-birindən küsəndə, dava edəndə sirrini erməniylə bölüşürdülər. Bu erməni də onların arasındakı münasibəti düzəltmək əvəzinə, daha da aranı qarışdırıb hiyləsini işə salırdı. Dəfələrlə olmuşdu ki, ermənilərin əsil simaları görünsə də, yenə azərbaycanlılar onların hiyləsinə düşürdü...
...Vaxt gəldi, ana və qızlar Sumqayıtı tərk elədilər. Gedəndə yenə hiylə cilidlərini geyindilər ki, burdan sağ-salamat yola düşsünlər. Nə gizlədim, onların boynuna sarılıb göz yaşı tökənlər, arxalarınca su atanlar da vardı. Çünki bu insanları hiylələrinə o qədər inandırmışdılar ki...
Ancaq az müddətdən sonar hər şey bəlli oldu. Ermənistandan gələn azərbaycanlı ailə burdan gedən və onların evini alan erməni ailəsinin verdiyi açarla qapılarını aça bilmədilər. Həmin mənzərə yadımdadır-ailənin körpə uşaqları o qədər qorxmuşdular ki, hansı bir qonşu yaxınlaşıb onlara qayğı göstərmək istəyirdisə ağlayırdılar. Qonşuların köməkliyi ilə dəmir qapının kilidi qırıldı və azərbaycanlı ailə erməniylə dəyişdikləri evlə daxil oldular. Təmirdən çıxmış evdən əsər-əlamət qalmamışdı. Divar kağızları cırılaraq yerə sərilmişdi, parket döşəmələr elə bir vəziyyətə salınmışdı ki, yalnız dağıdılıb yenidən qurulmalıydı. Otaqlardakı çil-çıraqlar qırılaraq paramparça olmuşdu. Otaqlardakı mebellər dəlmə-deşik edilmişdi. Yorğan-döşək də pis gündə idi-hamısı sanki suya salınıb çıxarılmışdı. Vanna otağından isə danışmağa dəyməzdi-kafellər sökülmüşdü, su karnları qırılmışdı. Gözləyirdik ki, evin bu halını görən azərbaycanlı ailə şok keçirəcək. Ancaq belə olmadı. Baş verənləri çox normal qarşıladılar və bildirdilər:"Onların hiyləsini biz yaxşı bilirik. Bizimlə danışanda razılaşdıq ki, kimsə evindən geyim əşyalarından başqa heç nə çıxarmır. Ancaq biz buna inanmırdıq. Bilirdik ki, burda bizi onların son oyunları gözləyir. Onlardan fərqli olaraq biz evimizi olduğu kimi təhvil verib çıxmışıq. İstəsək belə pislik edə bilməzdik. Qonşuları bizə güdükçü qoymuşdular. Evdən çıxanda da qonşular gəlib baxdılar və təhvil götürdülər". Bəlkə də Ermənistandan gələn azərbaycanlı ailəsi bizə eşitdiridi ki, bəs siz nədən ermənini bu sayaq yola salmamısınız? Haqlıydılar. Çünki onların arxasınca su səpənlər artıq öz millətindən olanların acınacaqlı durumuyla üz-üzə qalmışdılar...