MİQ-də və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır Hadisə

MİQ-də və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Təhsil İnstitutundan APA-ya verilən məlumata görə, onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00) , informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

https://ttm.edu.az/ linkində qeydiyyatdan keçərərək sınaq imtahanlarında iştirak etmək mümkündür.

Qeyd edək ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 430 57 79012 430 90 81 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.