BAMF-ın Avropa Parlamentinə etiraz Hadisə

BAMF-ın Avropa Parlamentinə etiraz

Aprelin 15-də Avropa Parlamentində (AP) qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qətnamə beynəlxalq səviyyədə geniş əməkdaşlıq əlaqələrinə malik bir vətəndaş cəmiyyəti təmsilçisi kimi bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi təəccüb və məyusluq hiss doğurur .
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırdır. Biz bir daha avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə dəvət edirik.