“Muğamat var olan yerdə” layihəsi davam edir Mədəniyyət

“Muğamat var olan yerdə” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının "Muğamat var olan yerdə" birgə layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Mərkəzdən bildirilib ki, konsertdə tanınmış gənc xanəndələr tərəfindən xalq və bəstəkar mahnıları ifa olunub, muğamlarımız səsləndirilib. Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - "Muğam axşamları", "Muğamat var olan yerdə", "Unudulmayanlar", "Dastan gecələri", "Aşıq musiqisi axşamları", "Yeni nəsil dəvət edir" və digər layihələrlə mütəmadi olaraq çıxış edir. Layihələrin məqsədi muğam sənətini, aşıq musiqisini, dastanları, xalq mahnılarını və təsnifləri nəsildən - nəslə ötürməkdir.