“Fənərbağça” Çempionlar Liqasında 10 ildən sonra ilkə imza atacaq İdman

“Fənərbağça” Çempionlar Liqasında 10 ildən sonra ilkə imza atacaq

İstanbul klublarından “Fənərbağça” UEFA Çempionlar Liqasında ardıcıl üçüncü oyununa fərqli baş məşqçinin rəhbərliyi altında çıxacaq.

İstanbul təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Şaxtyor”la keçirəcəyi görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Belə ki, “Fənərbağça” əvvəlcə İsmail Kartalın rəhbərliyi altında Praqa “Slaviya”sı ilə qarşılaşıb. Komanda növbəti matçına Dirk Kuytun başçılığı ilə “Liverpul”a qarşı çıxıb. İstanbul klubunun “Şaxtyor”la görüşündə isə yeni baş məşqçi Emre Belözoğlu komandanı meydana çıxaracaq.

Məlumata görə, oxşar vəziyyət 2016-cı ildə Zaqreb “Dinamo”sunda da yaşanıb. Həmin vaxt Xorvatiya təmsilçisi müxtəlif oyunlarda üç fərqli mütəxəssisin rəhbərliyi altında çıxış edib.

“Dinamo” 14 sentyabr 2016-cı ildə Zlatko Krançyarın rəhbərliyi ilə “Lion”a 0:3 hesabı ilə uduzub. Sentyabrın 27-də Jelko Sopiçin müvəqqəti baş məşqçi olduğu komanda “Yuventus”a 0:4, oktyabrın 18-də isə İvaylo Petevin rəhbərliyi altında “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.