Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
29 İyul 2019 15:27
2 765
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Cocuq Mərcanlı kənd sakinlərinə və kənd yaxınlığında olan hərbi hissələrdəki zabit və əsgər heyətinə mədəni xidmət göstərmək və vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə 137-ci mövsümü qastrol səfəri ilə uğurla başa vurub. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Bildirib ki, tamaşadan əvvəl vətən uğrunda canından, qanından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə Məhəmmədəli, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev tamaşaçıları salamlayaraq öz fikirlərini bölüşüblər.
Sonda səhnə əsəri nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Zəki Fətəliyev, Anar Buludov, Pərvin Dadaşova, Xədicə Məmmədova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdi və Bəhruz Hikmətoğlu çıxış ediblər.
23 Mart 22:02
1 785
23 Mart 17:27
1 792
19 Mart 12:00
2 982