Elman Mehdiyev Şamaxıda 5 rayonun sakinləri üçün qəbul keçirəcək İqtisadiyyat

Elman Mehdiyev Şamaxıda 5 rayonun  sakinləri üçün qəbul keçirəcək

Tural

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev avqustun 3-də, saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34, Şamaxı rayon şöbəsində (02026) 5-14-15. Qəbulda iştirak edəcək vətəndaşların avqustun 3-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.