07:49
623
Amerika hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"CENTCOM iyulun 15-i ABŞ-nin Şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 16 iyul, saat 05:00) İrana qarşı axşam zərbələri dalğasını başa vurub. ABŞ Silahlı Qüvvələri İranın komanda mərkəzlərini, HHM sistemlərinin, raket və dronların yerləşdiyi məntəqələri, həmçinin sahilyanı müşahidə məntəqələrini vurub", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
CENTCOM-dan qeyd edildiyi kimi, Amerika hərbçiləri yüksək dəqiqlikli döyüş sursatlarından istifadə ediblər və zərbələr, həmçinin Bəndər-Abbas şəhərinə də endirilib.
Məryəm Quliyeva