Gürcü politoloq Bakıda İranın Cənubi Qafqazdakı  rolundan danışıb İqtisadiyyat

Gürcü politoloq Bakıda İranın Cənubi Qafqazdakı  rolundan danışıb

12 iyul tarixində "CASPIA" Analitik Mərkəzi Bakıda "Müasir dünyada beynəlxalq nəqliyyat dəhlizlərinin gələcəyi" mövzusunda ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, görüşdə geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Avrasiya nəqliyyat arxitekturasının transformasiyası, multimodal əlaqələrin rolu və mövcud böhranların qlobal təchizat zəncirlərinə təsiri məsələləri müzakirə olunub.

Tədbirdə Gürcüstanın tanınmış siyasi şərhçisi Vasili Papava da iştirak edib.

O, çıxışında İranın Cənubi Qafqazın logistik dəhlizlərindəki və siyasi müstəvidəki rolunu ətraflı təhlil edib.

Məruzənin əsas məqamları:
İranın regional nəqliyyat şəbəkələrindəki strateji mövqeyi; Regional qeyri-sabitliyin – xüsusilə ABŞ və İran arasında hərbi qarşıdurma dövrünün – İranın nəqliyyat və logistika sektoruna təsiri; Geosiyasi gərginliklərin tranzit marşrutlarının etibarlılığına, regional infrastruktur layihələrinə, həmçinin Yaxın Şərq və Avrasiyada əlaqələrin dinamikasına təsiri.

Onun fikrincə, panel iştirakçılarının fikrincə, müasir geosiyasi qeyri-müəyyənlik şəraitində nəqliyyat dəhlizləri artıq sadəcə logistik funksiya daşımır; onlar Avrasiyanın geoiqtisadi arxitekturasının ən mühüm komponentinə çevrilib və onların inkişafı sıx regional əməkdaşlıq tələb edir.

Cavid