08:02
567
İran Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkrəminiyə bəyan edib ki, Hörmüz boğazı hərbi təhdidlər və ya təzyiqlər nəticəsində açılmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Amerikanın İslamabad anlaşma memorandumunun şərtlərinə əməl etməsi, bütün hərbi əməliyyatların dayandırılması və İranın suveren hüquqlarına hörmət edilməsi bu dəniz arteriyasının açılması üçün bizim şərtlərimizdir", — deyə o bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı "İranın iradəsi nəzərə alınana qədər bağlı qalacaq".
Əkrəminiyə qeyd edib ki, Tehran ABŞ və müttəfiqlərinin Hörmüz boğazında İslamabadda razılaşdırılmış memorandumdan kənar atdığı hər bir addımı "suverenliyin pozulması kimi qiymətləndirir və bu addımların qarşısı silahlı qüvvələr tərəfindən alınacaq".
Məryəm Quliyeva